“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.
AvroMedia.az xəbər verir ki, sportinfo.Az saytı bu barədə AFFA-dakı mənbələrindən olduqca ilginc məlumat əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, o, İcraiyyə Komitəsindən ayrılmaq niyyətindədir.
Tərübəli mütəxəssis özünə yaxın şəxslər vasitəsilə federasiya rəhbərliyini bu barədə məlumatlandırıb.
Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyini bildirib.
“Köhlən atlar”ın başında dayanan mütəxəssis ilk dəfə 2016-cı ildə federasiyanın ali qərarverici orqanına üzv seçilib.
2028-ci ildə, millinin sükanı arxasından ayrılandan bir müddət sonra öz təşəbbüsü ilə komitədən ayrılıb.
Deyəsən, tarix yenə təkrarlanacaq…

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...