Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq
Tarix: 22-01-2025, 18:30
Baxılıb: 2 183
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq

22-01-2025, 18:30

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq.
AvroMedia.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov məlumat verib.
Mütəxəssis reqalmentlə bağlı dəyişikliklər olacağını da bildirib:
“Bu ildən etibarən həndbol üzrə yeni çempionat keçiriləcək. Bu yarış I Liqa adlanacaq. Hazırda Azərbaycan Yüksək Liqasında kişilərdən ibarət 9, qadınlardan ibarət 6 komanda çıxış edir. Rayon komandaları da daxil olmaqla, digərləri I Liqada çıxış edəcək. Yüksək Liqanın oyunları hər həftə olmaqla mövsümboyu keçiriləcək. I Liqanı isə ildə iki dəfə, dairəvi sistem üzrə təşkil etməyi planlaşdırırıq. Burada birinci yeri tutan Yüksək Liqanın sonuncu komandası ilə qarşılaşacaq. Bu dueldə qələbə qazanan komanda növbəti mövsüm Yüksək Liqada, uduzan isə I Liqada mübarizə aparacaq”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ