Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün bilet satışına başlanıb.
AvroMedia.az xəbər verir ki, biletlər bu gündən etibarən satışa çıxarılıb.
Azarkeşlər biletləri www.azerbaijangp.com saytından əldə edə bilərlər. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20% güzəştlə biletlər əldə etmək mümkündür. Güzəştli biletləri yalnız fevralın 5-dək almaq mümkün olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzmək imkanı əldə edəcək.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb