"Qalatasaray" nəhəng idman arenası tikir. Ekologiya və Şəhərsalma Nazirliyi tikintiyə rəsmi olaraq icazə verib.
AvroMedia.az xəbər verir ki, yeni arena "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Rams Park"ın yanında tikiləcək və 62 hektar ərazini əhatə edəcək. Arenada basketbol və voleybol salonları ilə yanaşı, olimpiya səviyyəli qapalı hovuz da yer alacaq.
Layihə çərçivəsində azarkeşlərin faydalana biləcəyi restoranlar, konfrans salonları və digər obyektlər tikiləcək.
"Qalatasaray" rəhbərliyi bu nəhəng layihənin sonunda tam bir "Qalatasaray" dünyasını tək dam altında yaratmağı hədəfləyir. Bu kompleks sayəsində azarkeşlər oyun günlərində unikal idman və əyləncə festivalı keçirə biləcəklər.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu