"Qarabağ"ın futbolçusu Puşkaşa namizəd oldu
Tarix: 29-11-2024, 10:27
Baxılıb: 2 390
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"ın futbolçusu Puşkaşa namizəd oldu

29-11-2024, 10:27

FİFA 2024-cü ilin ən gözəl qolu üçün Ferens Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb.
AvroMedia.az  xəbər verir ki, namizədlər arasında "Qarabağ"ın və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassin Benzia da var. Onun Cənubi Afrika millisi ilə oyunda (3:3) vurduğu qol ən yaxşılar sırasına düşüb.
Benziadan başqa namizədlər arasında Həsən əl-Haydos (Qətər - Çin), Terri Antonis ("Melburn Siti" - "Vest Sidney Uonderers"), Valter Bouv ("Lanus" - "Tiqre"), Maiko Çirinos (Kosta Rika - Honduras), Federiko Dimarko ("İnter" - "Frozinone"), Alexandro Qarnaço (“Everton” – “Mançester Yunayted”), Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”), Denis Omedi (KSK – "Kitara"), Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”), Ceyden Filojin (“Roterhem” – “Hall Siti”) yer alıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ