Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi.
Bunu "Naxçıvan" klubunun baş məşqçisi Murat Dikmen "Abşeron"a qarşı Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
"İlk olaraq “Abşeron” kollektivini təbrik edirəm, çox yaxşı komanda formalaşdırıblar. Əslində böyük fasilədən öncə artıq öz oyunumuzu göstərməyə başladıq. İkinci periodda fərqi bir qədər azaltdıq. Fasilədə basketbolçularıma oyun planını dəyişdirməli olduğumuzu bildirdim. Çünki rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi. Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük. Həqiqətən üçüncü və dördüncü periodda müdafiədə yaxşı oyun sərgilədik. Hələ mövsümün əvvəlindəyik və məğlubiyyətsiz davam edirik. Növbəti həftə “Sabah” ilə liderlik matçına çıxacağıq. O görüşdə də layiqli mübarizə aparsaq, istəyimizə nail olacağıq".
Qeyd edək ki, "Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası