Millətlər Liqasının 5-ci turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.
AvroMedia.az Azerisport.az-a istinadla xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, onlardan da 800-ü artıq satılıb.
Qəbələ şəhər stadionunun 4500 tamaşaçı tutumu var. Lakin UEFA stadionun iki tribunasına girişi məhdudlaşdırıb.
Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Məhz bu səbəbdən həmin oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 18:00-da başlayacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi