Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
AvroMedia.az xəbər verir ki, günün ilk görüşündə “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gəlib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, Elmar Baxşıyevin komandası turnir cədvəlində 21 xalla üçüncü, “Zirə” isə 17 xalla dördüncü pillədə qərarlaşıb.
Daha sonra “Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Sumqayıt” 7 tur davam edən qələbəsizlik seriyasına son qoyub.
Qeyd edək ki, Sumqayıt təmsilçisi turnir cədvəlində 10 xalla 7-ci, “Səbail” isə 7 xalla 9-cu yerdədir.
Xatırladaq ki, turun ilk oyununda “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabıyla məğlub edib. “Sabah” - “Neftçi” və “Qarabağ” - “Şamaxı” oyunları sabah keçiriləcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi