Azərbaycan idmanının növbəti uğuru
Tarix: 25-10-2024, 21:50
Baxılıb: 3 158
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan idmanının növbəti uğuru

25-10-2024, 21:50

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva qızıl medal qazanıb.
AvroMedia.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub - 7:4.
O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb - 10:0. J.Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalisonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. R.Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ