UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya-Türkiyə oyunu təxirə salına bilər.
AvroMedia.az xəbər verir ki, oyunun bu gün Bakı vaxtı ilə saat 22.45-də başlaması nəzərdə tutulub. Lakin Türkiyə mediasının yazdığına görə, matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsi var.
Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. İclasda təxirəsalınma ilə bağlı qərar verilməyib.
Ancaq bu gün meydança yenidən yoxlanılacaq və oyunun təxirə salınıb-salınmayacağına dair UEFA qəti qərar verəcək.
O da bildirilib ki, "Laugardalsvöllur" stadionunun meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.
Məlumata görə, təxirə salınma qərarı verilərsə, matç oktyabrın 15-i keçiriləcək.
Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var.
İslandiya-Türkiyə matçı təxirə salınmayacaq.
Son məlumata görə, meydançada aparılan bugünkü yoxlanışdan sonra oyunun əvvəlcədən nəzərdə tutulan vaxtda (bu gün Bakə vaxtı ilə saat 22:45-də) başlanmasına qərar verilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi