Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb.
AvroMedia.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyevi də ilk dəfə heyətə dəvət edib.
Həmçinin Mahir Emreli də yığmaya qayıdır.
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov.
Müdafiəçilər: Abbas Hüseynov, Qismət Alıyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev.
Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə.
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi