UEFA hakimin səhvini etiraf etdi
Tarix: 24-09-2024, 08:30
Baxılıb: 2 318
Google+ Paylaş
Tumblr Paylaş

UEFA hakimin səhvini etiraf etdi

24-09-2024, 08:30

UEFA Hakimlər Komitəsi Avro-2024-ün 1/4 finalında Almaniya – İspaniya (1:2) oyununda baş hakim Entoni Teylorun səhv etdiyini təsdiqləyib.
AvroMedia.az xəbər verir ki, qarşılaşmaya əlavə edilmiş vaxtda cərimə meydançasında top ispan müdafiəçi Mark Kukurellanın əlinə dəysə də, referi penalti təyin etməyib. İspaniya millisi 119-cu dəqiqədə qol vuraraq çempionatın yarımfinalına yüksəlib.
UEFA görüşdən 2 ay sonra Entoni Teylorun penalti təyin etməmək qərarını səhv kimi tanıyıb.
Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə 2:1 hesabı ilə qalib gələrək Avro-2024-ün qalibi olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ