“Zirə” bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq.
AvroMedia.az xəbər verir ki, bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə mübarizə aparan Azərbaycan təmsilçisi cavab matçını evdə keçirəcək.
“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Nikosiyada baş tutan İlk görüş “Zirə”nin ağır məğlubiyyəti ilə (0-6) başa çatıb.
Qeyd edək ki, cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq, məğlub tərəf isə avrokuboklarla vidalaşacaq.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust
20:00. Zirə – Omoniya
Baş hakim: Vitali Spasyonnikov (Latviya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 0:6
***
Komandaların start heyətləri açıqlanıb:
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev, 90. Davit Volkov, 19. Salifu Suma, 23. Rafael Utsiq
Baş məşqçi: Rəşad Sadıqov
“Omoniya”: 40. Fabiano (k), 24. Amin Xammas, 4. Filip Helander, 5. Senu Kulibali, 2. Alfa Dinku, 11. Evandro, 20. Mateo Mariç, 80. Novika Erakoviç, 21. Veliko Simiç, 10. Ömər Atzili, 9. Andronikos Kakulli
Baş məşqçi: Valdas Dambrauskas

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası