Sabah Bakıda start götürəcək 3x3 basketbolu üzrə Qadın Seriyasının mərhələ yarışı iştirakçılarının sayında dəyişiklik olunub.
AvroMedia.az xəbər verir ki, Bakı mərhələsində 16 komandanın iştirakı nəzərdə tutulsa da, Fransa millisi Azərbaycana gəlməkdən imtina edib.
Belə ki, Fransa və Sinqapur milliləri, o cümlədən Azərbaycanın "Baku Fleyms" komandası bu yarışda çıxış etməyəcək. Onların əvəzinə Almaniyanın güclü "Düsseldorf ZOOS" və İspaniyanın "Loqrono Sentral" klubları mübarizə aparacaqlar.
Fransa Basketbol Federasiyası (FBF) Bakı mərhələsindən çəkilməsinə səbəb olaraq Parisdə sonuncu olmasını göstərib. Bu barədə FBF-dən qarşı tərəfə müraciətdə bildirilib.
Beləliklə, 17-18 avqustda keçiriləcək yarışda meydan sahibi Azərbaycan millisi ilə yanaşı, Niderland, İspaniya, Polşa, İtaliya, Portuqaliya, Ukrayna, Filippin, Avstriya, İrlandiya yığmaları və Çinin 24 yaşadək komandası, o cümlədən, "Düsseldorf ZOOS" (Almaniya), "Dyör" (Macarıstan), "Maebaşi Flouliş EXE" (Yaponiya) və "Loqrono Sentral" (İspaniya) klubları mübarizə aparacaqlar. Almaniya klubuna Azərbaycan, Yaponiya və İspaniya klublarına FIBA bu yarış üçün "vayld kard" verib. Yalnız "Dyör" digər millilər kimi reytinqlə bu mərhələdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, sabah yarışa A qrupunun Ukrayna - İrlandiya görüşü ilə start veriləcək. Nardaran qəsəbəsindəki "Sea Breeze"də keçiriləcək yarış saat 10:00-da başlayacaq. C qrupunda yer alan millimiz turnirin 3-cü komandası sayılan "Düsseldorf ZOOS"la saat 16:50-dən etibarən görüşə çıxacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi