Bu gün daha iki güləşçimiz “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
AvroMedia.az xəbər verir ki, ölkəmizin ən titullu qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Almaniya idmançısı Anastasiya Blayvası sınağa çəkəcək.
Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) isə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyanla qarşılaşacaq. Hər iki qarşılaşma 1/8 final mərhələsində baş tutacaq.
Bu gün, həmçinin 130 kiloqramda çıxış edən Sabah Şəriəti bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Azərbaycan atleti Anna Skidan isə çəkicatma üzrə yarışın final mərhələsində mübarizə aparacaq.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur