Azərbaycan medal sıralamasında 15-ci pillədə
Tarix: 2-08-2024, 09:38
Baxılıb: 3 181
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan medal sıralamasında 15-ci pillədə

2-08-2024, 09:38

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal  15-ci pilləyə yüksəlib.
AvroMedia.az xəbər verir ki, bu, ötən gün cüdoçu Zelim Kotsoyevin (100 kq) qızıl mükafat əldə etməsi sayəsində reallaşıb.
Bir neçə gün öncə cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır.
İlk “üçlük”də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.
Hazırda 50 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ