Bu dəfə velosipedçilər qarət edildi
Tarix: 1-08-2024, 19:00
Baxılıb: 2 866
Google+ Paylaş
Tumblr Paylaş

Bu dəfə velosipedçilər qarət edildi

1-08-2024, 19:00

Slovakiyanın velosiped komandası Olimpiya kəndində oğurluğun qurban olub.
AvroMedia.az xəbər verir ki, bu barədə fransız jurnalist Amauri Brelet polisdəki mənbəyə istinadən sosial media hesabında yazıb.
“Slovakiya nümayəndə heyətinin vəsaitləri bazar ertəsi gündüz saatlarında oğurlanıb. Hadisə Sen-Denidəki Olimpiya kəndində baş verib”, – deyə o qeyd edib.
İdmançılardan 10 ədəd velosiped təkəri, ehtiyat hissələri və bir neçə açar oğurlanıb. Zərərin məbləği 2,3 min avro olaraq qiymətləndirilir.
Komandanın baş məşqçisi polisə şikayət edib. Məlumata görə, bütün velosiped avadanlığı kilidi açıq şkafda saxlanılırdı.
Xatırladaq ki, Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı Braziliyanın əfsanəvi futbolçusu Ziko,həmçinin Qətər əmiri Təmim bin Həməd Əl Taninin gəlini də qarət edilib.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ