Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub.
AvroMedia.az xəbər verir ki, qızlarımız yarımfinalda Albaniya seçməsi ilə üz-üzə gəliblər.
Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən millimiz, Albaniya yığması üzərində 92-62 hesablı rahat qələbə qazanaraq, Avropa çempionatının finalına yüksəlib. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib.
Qeyd edək ki, 14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta-Kipr oyununun qalibi olacaq.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur