AVRO-2024: İspaniya Gürcüstanı böyük hesabla məğlub etdi
Tarix: 1-07-2024, 08:31
Baxılıb: 3 630
Google+ Paylaş
Tumblr Paylaş

AVRO-2024: İspaniya Gürcüstanı böyük hesabla məğlub etdi

1-07-2024, 08:31

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.
AvroMedia.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.
Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.
Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlıq gətirib.
Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.
Niko Uilyams 75-ci dəqiqədə fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.
Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.
Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ