Azərbaycanın daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
AvroMedia.az xəbər verir ki, 48 kq-da Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (80 kq) də adını yarımfinala yazdırıb. İdmançımız Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib gəlib.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi