Ukrayna millisindən qələbə
Tarix: 21-06-2024, 20:55
Baxılıb: 3 425
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna millisindən qələbə

21-06-2024, 20:55

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
AvroMedia.az xəbər verir ki, E qrupunun II turunun ilk matçında Ukrayna və Slovakiya yığmaları qarşılaşıblar. Görüş ukraynalıların əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalılar açıblar. İvan Şrants başla dəqiq oynayıb. İlk hissə Slovakiya seçməsinin üstünlüyü ilə yekunlaşıb.
İkinci yarıya daha fəal və istəkli başlayan Ukrayna millisi geridönüş edə bilib. 54-cü dəqiqədə Mikola Şaparenko, 80-ci dəqiqədə isə Roman Yaremçuk fərqləniblər.
Bu nəticə ilə xallarını 3-ə çatdıran Ukrayna yığması 2-ci pilləyə yüksəlib. Eyni xala malik Slovakiya 3-cüdür. Qrupa 3 xalla Rumıniya başçılıq edir. Xalı olmayan Belçika isə sonuncudur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ