Voleybol üzrə Avropa Qızıl Liqasının qalibləri bəlli olub.
AvroMedia.az xəbər verir ki, qadınların mübarizəsində həlledici matçda Çexiya və İsveç komandaları qarşılaşıblar.
Çexiyanın Ostrava şəhərində keçirilən “Dördlər finalı"nda İsveç qalib olub. Skandinaviyalılar finalda meydan sahiblərini 3:2 hesabı ilə məğlub ediblər. 3-cü yeri Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Belçika tutub.
Osiyekdə (Xorvatiya) təşkil olunan kişilərin analoji turnirində Ukrayna voleybolçuları qələbəni bayram ediblər. Onlar finalda Xorvatiyaya 3:1 hesabı ilə qalib gəliblər. Estoniyanı məğlub edən Çexiya 3-cü olub.
Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasını 8-ci, kişilərdən ibarət komandamız isə sonuncu - 12-ci pillədə başa vurub. Çempion komandalar Azərbaycan yığmaları ilə oyunlarda 3:0 hesablı qələbə qazanıblar./idman.biz

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur