Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AvroMedia.az xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.
Əvvəlki mərhələlərdə Aleksandrs Yurkyansla (Latviya) Kristofer Krameri (Almaniya) 10:1 və Mixal Tratsı (Türkiyə) 5:1 hesabı ilə məğlub edən pəhləvanımız İstanbuldakı yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 güləşçisi Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...