AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyevaya UEFA tərəfindən təyinat verilib.
AvroMedia.az xəbər verir ki, Mehtiyeva Almaniyada keçiriləcək Avropa çempionatında UEFA nümayəndəsi kimi iş başında olacaq.
Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun - 1 iyul aralığında AVRO-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununa - qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika - Slovakiya, 20-də Danimarka - İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya - Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.
Qeyd edək ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir.
Xatırladaq ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək təşkil olunacaq.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb