Almaniya Bundesliqasında sona 5 tur qalmış “Bayer” çempionluğunu rəsmiləşdirib. AvroMedia.az xəbər verir ki, bununla “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanın karyerasında ilk yaşanıb.
Belə ki, Fransa millisinin üzvü peşəkar karyerasında birinci dəfə çıxış etdiyi ölkənin çempionu ola bilməyib.
Koman karyerasına 2012-13 mövsümündə PSJ-də başlayıb və 17 yaşında Fransa çempionu olub. Daha sonra 11 mövsüm ərzində həmişə oynadığı ölkə çempionatının qalibi olub. 2015-16 mövsümündə hətta iki titul əldə edib - İtaliya çempionu (“Yuventus”) və Almaniya çempionu (“Bavariya”).
27 yaşlı Koman səkkizqat Almaniya çempionu, ikiqat Fransa çempionu və ikiqat İtaliya çempionudu.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb