Azərbaycan və Bolqarıstan komandalarının start heyətləri - YENİLƏNİB
Tarix: 25-03-2024, 19:21
Baxılıb: 2 350
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan və Bolqarıstan komandalarının start heyətləri - YENİLƏNİB

25-03-2024, 19:21

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.

AvroMedia.az xəbər verir ki, millimiz Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstan yığmasıyla üz-üzə gələcək.

Müvəqqəti baş məşqçi Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə Monqolustana 1:0 hesabıyla qalib gəlmişdisə, bolqarlar da Bakıda Tanzaniyanı eyni hesabla üstələmişdilər. İndi bu komandalar növbəti qələbə üçün mübarizə aparacaqlar. “Tofiq Bəhramov”da baş tutacaq oyunu estoniyalı hakimlər idarə edəcəklər.

Günün digər oyununda isə Tanzaniya və Monqolustan yığmaları üz-üzə gələcəkər.

“FIFA series – Edition 2024”

25 mart

Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya).

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.

***

Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ