Mesut Özildən Arda Gülərə sürpriz zəng
Tarix: 11-03-2024, 15:51
Baxılıb: 3 537
Google+ Paylaş
Tumblr Paylaş

Mesut Özildən Arda Gülərə sürpriz zəng

11-03-2024, 15:51

"Real Madrid"də ilk qolunu "Selta Viqo" ilə görüşdə vuran Arda Güler böyük sevinc yaşayıb.

Madrid "Real"ının əfsanəsi Mesut Özil matçdan sonra Ardaya zəng edərək onu təbrik edib.
İspaniya klubunda ilk qolunu vuran Arda Güler 4-0 qalib gəldikləri matçdan sonra açıqlama verib.
"Belə gözəl atmosferdə qol vurmaq əla idi. Çox xoşbəxtəm, inşallah daha çox qol vuracağam və bunun üçün çox çalışacağam. Yaxşı matç oldu. 4:0 hesablı qələbə münasibətilə bütün komanda üzvlərini təbrik edirəm, ilk qolumu vurduğum üçün çox şadam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm, indiyə qədər çətin bir mövsüm oldu, inşallah bundan sonra işlər daha yaxşı olacaq. "Real Madrid"də olduğum üçün çox xoşbəxtəm, bu klub dünyanın ən yaxşı klubudur və çətin olsa da, bunun öhdəsindən gələcək keyfiyyət və xarakterə malik olduğumu düşünürəm", - deyə futbolçu bildirib. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ