“Bavariya”nın baş məşqçisi barmağını sındırıb
Tarix: 6-03-2024, 13:00
Baxılıb: 3 641
Google+ Paylaş
Tumblr Paylaş

“Bavariya”nın baş məşqçisi barmağını sındırıb

6-03-2024, 13:00

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Romada “Latsio” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi soyunub-geyinmə otağında ayaq barmağını sındırıb.

Bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib.
“Mən motivasiya xarakterli çıxışdan əvvəl paltardəyişmə otağında ayağımla qutuya vurdum və baş barmağımı zədələdim. İndi ayaqqabımı belə çıxara biləcəyimə əmin deyiləm. Bütün oyun boyu oturmalı oldum”, - deyə Tuxel bildirib.
Qeyd edək ki, 1/8 finalın cavab matçında “Bavariya” Roma “Latsio”sunu 3:0 hesabı ilə məğlub edib. Qaliblər arasında dubla imza atan Tomas Müller və Harri Keyn dəqiq zərbələrə imza atıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ