Qarşılaşma gərgin və maraqlı keçdi. Burada oynamaq xoş idi. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamaq üçün şərait yaratdığına görə Ordumuza təşəkkür edirəm.
Bunu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə Azərbaycan kubokunun 1/8 finalında bu gün Xankəndidə MOİK-lə keçirilən oyundan (1:0) sonra jurnalistlərə müsahibəsində deyib.
Matçın 90+5-ci dəqiqəsində hesabı açan gənc hücumçu vurduğu tarixi qol haqda da danışıb:
"Çox sevindim. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Vurduğum qolu şəhidlərimizə həsr edirəm".

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb