Azərbaycan millisinin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi Türkiyənin “Hatayspor” klubunda dördüncü qolunu vurub
24 yaşlı hücumçu Superliqanın XIII turunun “İstanbulspor”la səfər oyununda (1:2) fərqlənib.
Meydana start heyətində çıxan və əvəzlənmədən oynayan forvard 48-ci dəqiqədə - hesab rəqibin xeyrinə olarkən fərqlənib. Penaltini dəqiq yerinə yetirən R.Dadaşov tarazlığı bərpa edib.
Lakin sonradan daha bir qol buraxan qonaqlar meydanı məğlub tərk ediblər.
Bu nəticədən sonra “Hatayspor” 17 xalla 9-cu, “İstanbulspor” isə 8 xalla sonuncu – 20-ci pillədə yer alıb

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb