Belçika-Azərbaycan oyununun hakimləri bəlli oldu
Tarix: 16-11-2023, 14:55
Baxılıb: 1 491
Google+ Paylaş
Tumblr Paylaş

Belçika-Azərbaycan oyununun hakimləri bəlli oldu

16-11-2023, 14:55

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ