Qurbanovdan məğlubiyyət açıqlaması
Tarix: 27-10-2023, 08:00
Baxılıb: 1 058
Google+ Paylaş
Tumblr Paylaş

Qurbanovdan məğlubiyyət açıqlaması

27-10-2023, 08:00

Çox yaxşı komandaya məğlub olduq. Bu gün səviyyə fərqinin şahidi olduq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında bildirib.

"Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlara da yol verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi", - Q.Qurbanov qeyd edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ