"Qarabağ"ın oyununun biletləri satışa çıxarıldı
Tarix: 18-09-2023, 20:55
Baxılıb: 1 077
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"ın oyununun biletləri satışa çıxarıldı

18-09-2023, 20:55

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VİP biletlərin qiyməti isə 200 manatdır.

Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlayacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ