"Neftçi" bu komandaya məğlub oldu
Tarix: 16-09-2023, 20:57
Baxılıb: 1 083
Google+ Paylaş
Tumblr Paylaş

"Neftçi" bu komandaya məğlub oldu

16-09-2023, 20:57

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

 "Neftçi"nin "Araz-Naxçıvan"la üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Araz-Naxçıvan" 3-cü pilləyə yüksəlib. "Neftçi" isə hələlik 8 xalla 5-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Səbail" səfərdə "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun açılış matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ