"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Bu barədə Ağdam klubu məlumat yayıb. Baş məşqçi Qurban Qurbanov heyətə 25 futbolçunun adını daxil edib. Komandadan ayrılacağı gözlənilən fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur.
Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva
Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev
Hücumçular: Hamidu Keyta, Juninyo, Redon Cica, Nəriman Axundzadə
Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində, "Bayer" (Almaniya), "Hekken" (İsveç) və"Mölde" (Norveç) ilə mübarizə aparacaq.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur