Millimiz çempionata qələbə ilə başladı
Tarix: 19-08-2023, 08:03
Baxılıb: 1 081
Google+ Paylaş
Tumblr Paylaş

Millimiz çempionata qələbə ilə başladı

19-08-2023, 08:03

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibini üstələyərək 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbə qazanıblar.

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ