Azərbaycan Premyer Liqasında 32-ci mövsüm başladı
Tarix: 4-08-2023, 11:56
Baxılıb: 1 330
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Premyer Liqasında 32-ci mövsüm başladı

4-08-2023, 11:56

Bu gün Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü start götürür.

32-ci dəfə təşkil edilən çempionat 10 komandanın iştirakı ilə dörd dövrədə keçiriləcək. Avqustun 4-ü başlanan çempionata 2024-cü ilin mayın 26-da yekun vurulacaq.

Çempionatın açılış matçı Mərdəkandakı “Dalğa Arena”da olacaq. Ötən mövsüm birinci divizionun qalibi olaraq yüksək liqada iştirak etmək hüququ qazanan “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 20:00-da başlayacaq. Bu gün cəmi bir matç keçiriləcək.

Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.

Azərbaycan Premyer Liqası, I tur

4 avqust

20:00 Araz-Naxçıvan - Turan Tovuz

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Dalğa Arena”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ