Şahruddinə yenidən şans veriləcək?
Tarix: 1-08-2023, 19:55
Baxılıb: 1 083
Google+ Paylaş
Tumblr Paylaş

Şahruddinə yenidən şans veriləcək?

1-08-2023, 19:55

Yaxşı nəticə üçün çox əziyyət çəkməli olacağıq. Bu komandaya qarşı bir an belə oyundan qopmaq olmaz”.

Bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi jurnalisitin "Şahruddin Məhəmmədəliyev buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilir. Sabah yenə ona güvənəcəksiz, yoxsa hansısa alternativ gözlənilir?" sualına belə cavab verib:

"Bəli, yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyunudur. Start heyəti sabah bilinəcək. Oynamaq şansı da çoxdur. Bu gün tam vaxtımız var. Bizim fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçu çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ