Konfrans Liqası: “Sabah” səfərdə qalib gəldi - YENİLƏNİB + VİDEO
Tarix: 26-07-2023, 22:05
Baxılıb: 2 645
Google+ Paylaş
Tumblr Paylaş

Konfrans Liqası: “Sabah” səfərdə qalib gəldi - YENİLƏNİB + VİDEO

26-07-2023, 22:05

“Sabah” səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Komandamızın heyətində 56-cı dəqiqədə D.Volkovi ikinci qolu rəqibin qapısından keçirib.
Qarşılaşma bu hesabla da başa çatıb.

21:09
Latviyada UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda RFŞ-nin qonağı olan sabah ilk hissədən sonra hesab 0:1 hesabı ilə öndədir.

Komandamızın qoluna 22-ci dəqiqədə B.Letiç imza atıb. Bu, “Sabah”ın avrokuboklarda ilk qolu olub.
Komandamızı səfərdə dəstəkləyən azarkeşlər oyun zamanı möhtəşəm dəstək nümayiş etdirirlər. Stadionda oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır.
20:01
Latviyada UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda RFŞ və “Sabah” komandaları üz-üzə gəlirlər.
19:16
Latviyada UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək RFŞ və “Sabah” klublarının start heyətləri açıqlanıb.
Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
RFŞ: 1. Pavel Şteynbor, 7. İsmael Diomande, 10. Emerson, 11. Roberts Savaļniyeks. 17. Sedrik Kuadio, 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 26. Stefan Panits, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek
Ehtiyat oyunçular: 13 Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 3. Artur Zyuzin, 8. Daniels Ontujans, 9. Yanus İkauniyeks, 18. Dmitri Zelenkov, 22 Darko
Lemayiç, 52. Martsis Oş, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko
Baş məşqçi: Viktor Moroz
“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 44. Sofian Çakla, 7. Boyan Letiç, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 18. Davit Volkov, 9. Anatoli Nuriyev, 77. Namik Ələskərov
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 12. Vinsent Till, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 20. Coy Lens Mikels, 21. İldar Alekperov, 22. Seymur Məmmədov, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Murad Musayev
Qeyd edək ki, bu gün Yurmaladakı “Sloka” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ