Milyonları sağa-sola xərcləyirdi - Cüzi məbləğə görə sərt qadağa ilə üzləşdi
Tarix: 12-07-2023, 15:35
Baxılıb: 1 547
Google+ Paylaş
Tumblr Paylaş

Milyonları sağa-sola xərcləyirdi - Cüzi məbləğə görə sərt qadağa ilə üzləşdi

12-07-2023, 15:35

FİFA Əhməd Musanın transferində "Lester Siti"yə transfer haqqını tam ödəmədiyi üçün “Əl-Nəssr”ə qadağa tətbiq edib.

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəssr” komandası oyunçu transfer edə bilmir. FİFA-nın qərarına görə, “Əl-Nəssr” Əhməd Musanın transferində bonusların hamısını "Lester Siti"yə ödəməyib. Buna görə də, Səudiyyə Ərəbistanı komandasına qadağa qoyulub. “Əl-Nəssr borcunu ödəmədiyi üçün transfer etdiyi futbolçulara lisenziya verə bilmir. Səudiyyə Ərəbistanı komandası Britaniya komandasına 390 min funt sterlinq ödəsə, qadağa aradan qaldırılacaq.

Qeyd edək ki, “Əl-Nəssr” 2018-ci ildə nigeriyalı hücumçunu "Lester Siti"dən 16,5 milyon avroya transfer edib. Ancaq klub oyunçunu 2020-ci ildə sərbəst buraxmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ