Arda Gülərin klubdan ayrılacağını diqqətə alan "Fənərbağça" onun yerini doldurmaq üçün hərəkətə keçib.
"Fənərbağça" “Yuventus”un türk əsilli futbolçusu Kənan Yıldızı trasfer etməyə çalışır. "Bavariya"nın aşağı yaş qruplarında futbola başlayan Kənan, Türkiyə Milli Komandasının aşağı yaş kateqoriyalarında da oynamaq imkanı qazanıb. Məlumata görə, o, iki mövsüm əvvəl "Bavariya"nın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edib və 20 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə diqqət çəkib. Ardınca “Yuventus”a transfer olan futbolçu 15 oyunda 9 qol vurub. "Yuventus"la 2025-ci ilə qədər müqaviləsi olan hüumçunun “Yuventus”un əsas heyətində yer alacağı gündəmdədir.
Qeyd edək ki, “Yuventus” transfer olmazdan əvvəl Kənan Yıldız, “Bavariya” və “Barselona”nın peşəkar müqavilə təklifini rədd edib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb