Bu klubun yeni baş məşqçisi seçildi
Tarix: 16-06-2023, 08:29
Baxılıb: 1 094
Google+ Paylaş
Tumblr Paylaş

Bu klubun yeni baş məşqçisi seçildi

16-06-2023, 08:29

Fransalı mütəxəssis Rudi Qarsiya İtaliyanın "Napoli" klubunun yeni baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ötən mövsüm A seriyasında "Napoli"yə qələbə qazandıran Luçano Spallettini əvəzləyib.

R.Qarsiya Fransanın “Lill”, “Marsel”, “Lion”, İtaliyanın “Roma” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klublarını çalışdırıb.

Aprelin 13-də Qarsiya “Əl-Nasr” klubunda vəzifəsindən istefa verib. Mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun fransalı məşqçinin işindən və oyun tərzindən narazı olduğunu dilə gətirdiyi haqda xəbər yayılıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ