Daha bir idmançımız böyük uğura imza atdı
Tarix: 16-05-2023, 08:10
Baxılıb: 1 097
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir idmançımız böyük uğura imza atdı

16-05-2023, 08:10

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb.

Federasiyadan bildirilib ki, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.

Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.

Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatı görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ