7 yaşlı Fərid huşsuz halda, Mehman nələr edir...
Tarix: 6-05-2023, 15:07
Baxılıb: 1 568
Google+ Paylaş
Tumblr Paylaş

7 yaşlı Fərid huşsuz halda, Mehman nələr edir...

6-05-2023, 15:07

Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilovun məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı zorakılığını əks etdirən videonun davamı yayılıb.

Görüntülərdə Fəridin halsız vəziyyətdə yerdə uzanmasından sonra onu saçından tutaraq qaldıran, daha sonra isə vuran M.Xəlilovun yenidən yerə yıxılan 7 yaşlı uşağa daha artıq əzab verdiyi üzə çıxır. Belə ki, o, Fəridi yerdən qaldıraraq, bir neçə dəfə ağır fəndlə yerə çıxrpır.

Xatırladaq ki, Sumqayıt şəhər Prokurorluğu aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi ilə bağlı cinayət işi açıb. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov həbs edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ