Argentina millisinin kapitanı Lionel Messi yaxın günlərdə PSJ ilə müqaviləsini ləğv etməyə hazırlaşır.
Bu barədə “Transfer News Live” sosial şəbəkəsində “Le Parisien” nəşri məlumat yayıb. Hücumçu on gün ərzində azad agent ola bilər və Fransa futbol çempionatının mövsümünün sonuna qədər oynamağına ehtiyac qalmaz. Bundan əvvəl klub Messini Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfər etdiyinə və məşqi buraxdığına görə iki həftə əsas komandadan uzaqlaşdırmaq barədə qərar qəbul edib.
Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununda bitir. Mətbuat dünya çempionunun MLS klublarından birinə və ya Səudiyyə Ərəbistanına keçə biləcəyi ilə bağlı xəbərlər yayıb. Messinin karyerasını davam etdirmək üçün başqa bir seçimi “Barselona”ya qayıtmaqdır. Futbolçu 2003-2021-ci illərdə kataloniyalıların şərəfini qoruyub.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu