Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında istədiyi ab-havanı tapa bilməyib.
Bu barədə “El Nacional” məlumat verib. Bildirilir ki, futbolçu “Əl-Nəsr”dəki karyerasını bitirəndən sonra Madridə qayıtmaq istəyir. “Real Madrid” prezidenti Florentino Peres Ronaldoya klubda vəzifə təklif edərsə, qəbul edəcək. Xarici KİV-lər yazır ki, Ronaldo “Əl-Nəsr”dən müqaviləsi bitmədən də ayrılaraq Avropaya qayıda bilər. Bundan əvvəl “Nyukasl” klubunun çempionlar liqasına vəsiqə qazanacağı təqdirdə Ronaldonun ingilis klubuna keçəcəyi bildirilmişdi.
Qeyd edək ki, “Nyukasl” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sərvət fondu “PIF”, “PCP”, “Capital Partners” və “Reuben Brothers” şirkətlərinin də daxil olduğu Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən konsorsium tərəfindən alınıb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb