Avropa kuboku Azərbaycanda keçiriləcək
Tarix: 29-04-2023, 08:00
Baxılıb: 1 085
Google+ Paylaş
Tumblr Paylaş

Avropa kuboku Azərbaycanda keçiriləcək

29-04-2023, 08:00

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.

Avropa Kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək. Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyev 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası növbəti illərdə də Avropa Kubokunun ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı Avropa Cüdo Birliyi ilə əməkdaşlıq etməyə davam edəcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ