“Fənərbağça” dünyaca məşhur ulduzu heyətinə qatır
Tarix: 27-04-2023, 15:29
Baxılıb: 1 587
Google+ Paylaş
Tumblr Paylaş

“Fənərbağça” dünyaca məşhur ulduzu heyətinə qatır

27-04-2023, 15:29

Türkiyə Super Liqasında birincilik uğrunda mübarizədə “Qalatasaray”dan geri qalan “Fənərbağça” növbəti mövsüm üçün azarkeşlərini sevindirəcək transfer hədəfləyir.

Türkiyə mətbuatı xəbər verir ki, “sarı-lacivərdlilər” İngiltərənin “Mançester Yunayted” klubunun oyunçusu Antoni Marsialı növbəti mövsümdə heyətinə qatmaq istəyir.

Məlumata görə, İstanbul təmsilçisi 27 yaşlı oyunçu üçün yaxın zamanda Premyer Liqa nəhəngi ilə əlaqə saxlayacaq.

2015-16 mövsümündə "Monako"dan "Mançester Yunayted"ə 60 milyon avroya keçən Antoni Marsial İngiltərə yığması ilə 290 rəsmi matçda 86 qol vurub, 53 məhsuldar ötürmə edib.

Bu mövsüm “Mançester Yunayted”in heyətində 21 oyuna çıxmaq şansı qazanan 27 yaşlı fransalı hücumçu bu matçlarda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ