"Formula 1" üzrə Azərbaycan Qran Prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.
DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcək.
Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb