Messi PSJ-nin qarşısında şərt qoydu
Tarix: 26-04-2023, 14:06
Baxılıb: 1 563
Google+ Paylaş
Tumblr Paylaş

Messi PSJ-nin qarşısında şərt qoydu

26-04-2023, 14:06

PSJ-nin argentinalı hücumçusu Lionel Messi yeni müqavilə ilə bağlı danışıqlar zamanı klubdan maaşının artırılmasını istəyib.

Bu barədə "Le Parisien" nəşri yazır.

Məlumata görə, PSJ və Lionel Messi arasında müqavilənin uzadılması ilə bağlı davam edən danışıqlar hələ başa çatmayıb:

Tərəflər ötən ilin sonunda şifahi razılığa gəliblər, lakin Argentina millisinin 2022-ci il Dünta Çempionatındakı qələbəsindən sonra hücumçu maaşının artırılmasını istəyib.

Paris rəhbərliyi onun maaşına yenidən baxmağa hazır deyil, amma yenə də 35 yaşlı futbolçunun klubda qalmasını istəyir.

Qeyd edək ki, Messinin PSG ilə müqaviləsi mövsümün sonunda başa çatır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ